“Maşınları saxlayın, piyada gəzin” – Kəndlilərlə turistlər arasında anlaşılmazlıq (VİDEO)

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Ötən gün Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb.

Məsələ ilə bağlı “Aktualtv.az”a açıqlama verən Laza kənd icra nümayəndəsi Nazim Cənnətəliyev kənd sakinləri ilə turistlər arasında heç bir münaqişənin yaranmadığını bildirib:

“Onlar yerli turistlər olublar. Turistlər kəndə buraxılıb, sadəcə yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz ediblər. Kəndin yolu olduqca dar olduğundan turistlərdən avtomobilləri kəndin girişində saxlayıb piyada gəzməyi tələb ediblər. Həmin yola eyni anda bir neçə maşın girəndə tıxac yaranır. Bu da kənd sakinləri üçün narahatlıq yaradır”, – deyə o əlavə edib.

Qeyd edək ki, kənd sakinlərinin etirazından sonra əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]