Mübariz Mənsimovun dəstək verdiyi azərbaycanlı gənclər Türkiyədə “TEKNOFEST” festivalında böyük uğura imza atdılar 

“Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun dəstəklədiyi azərbaycanlı gənclərdən ibarət “Drone X” komandası bu günlərdə Türkiyədə keçirilən “TEKNOFEST” festivalında böyük uğura imza atıb.

AKTUAL TV xəbər verir ki, Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələrindən ibarət olan “Drone X” komandası 9-14 avqust tarixləri arasında keçirilən 2-ci Sərbəst Görev İHA yarışmasının finalında iştirak edib. 96 komandanın finala vəsiqə qazandığı bu yarışmada birinci turu üçüncü, ikinci turu dördüncü tamamlayaraq “Drone X” komandası Bürünc Performans mükafatına, başqa sözlə, bürünc medala layiq görülüb. Təqdimat zamanı xüsusilə vurğulanıb ki, bu nailiyyət Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunələrindən biri kimi dəyərləndirilməlidir.

Komanda 30 avqust – 4 sentyabr 2022-ci il tarixləri arasında Samsunda keçiriləcək TEKNOFEST-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq. “Sevincimizi sizinlə bölüşməkdən şadlıq və qürur hissi duyuruq. Bu fürsəti təmin etdikləri üçün Tubitak və Teknofest institutlarına və bizə hər zaman dəstək olan “Palmali” ailəsinə təşəkkür edirik” – deyə, komanda üzvləri yarışmadan sonra öz hisslərini bu cür paylaşıblar.

Onu da qeyd edək ki, bu gənclər 26-29 may 2022-ci il tarixlərində Azərbaycanda keçirilən “TEKNOFEST” festivalında təmsil olunan “Drone X” komandasının üzvləri, Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələridir Eyni zamanda, bu gənclər “Palmali” şirkətinin tələbələrə verdiyi burslardan da faydalanır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]