“Rusiya Krım körpüsünün dağıdılmasına icazə verməyəcək”

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Rusiya Krım körpüsünün dağıdılmasına heç vaxt icazə verməyəcək.

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

Belə ki, senator Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenkonun Kiyevin iyunda NATO sammitində Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə Krım körpüsünün ləğvi planı ilə bağlı danışıqlar aparması barədə bəyanatını şərh edib.

Kosaçovun sözlərinə görə, Krım körpüsünə zərbə endirmək cəhdi olarsa, aydın olacaq ki, bu, Ukrayna ordusuna Qərb tərəfindən verilən silahların köməyi ilə edilir, çünki Ukraynanın hazırda imkan verən öz silahı yoxdur.

Parlamentari əlavə edib ki, Krım körpüsü ləğv edilərsə, bu, həm Krım yarımadasında, həm də Cənub-Şərqin yaxın rayonlarında yüzlərlə, milyonlarla sadə vətəndaş üçün böyük problemlər yaradacaq.

“Bütün bunlar birbaşa olaraq, birincisi, təxribatçıları dayandırmayanların, ikincisi, belə bir təxribat törətmək cəhdlərindən əl çəkməyənlərin vicdanına düşəcək”, – Kosaçev vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]