Braziliyanın baş məşqçisi Azərbaycan futbolunu ƏLƏ SALDI – “Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur”

Braziliya futbol millisinin baş məşqçisi Tite bir neçə ay əvvəl “PSJ” fransalı hücumçusu Kilian Mbappenin Cənubi Amerikada Dünya Çempionatının seçmə mərhələsinin Avropadakından daha asan olacağı və qitə futbolunun Avropa futbolu qədər “inkişaf etmədiyi” ilə bağlı açıqlamalarını şərh edib.

Aktualtv.az yeniavaz.com-a istinadla xəbər verir ki, o, bu barədə “ESPN”ə müsahibəsində danışıb.

Tite Mbappe ilə tamamilə razılaşmayaraq bildirib ki, Cənubi Amerika komandaları arasında duellər köhnə qitədəkindən qat-qat çətin və balanslıdır:

“Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]