“Lazım olanı edəcəyik” – İran XİN

“İran dəfələrlə bir çox kanallar vasitəsilə nüvə razılaşmasından asılı olmayaraq ABŞ tərəfinə məhbus məsələsi ilə məşğul olmağa hazır olduğunu bildirib. İran ABŞ-la məhbus mübadiləsi etməyə hazırdır. Lazım olanı edəcəyik”. 

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani açıqlama verib.

O, bildirib ki, ABŞ-da günahsız olaraq mühakimə olunan İran vətəndaşlarının öz ailələrinə və evlərinə qayıtmalıdır: “ABŞ-ın hərəkətə keçmək və mövcud maneələri aradan qaldırmaq əvəzinə sadəcə İrana qarşı təbliğat aparması olduqca təəccüblüdür”.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada İranda təhlükəsizlik səbəbi ilə həbsdə saxlanılan ikili vətəndaşların azad edilməsinə çağırıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]