Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı

Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.

Aktualtv.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Məlumata görə, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün öncə Zaur Mirzəyevin FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]