Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb – VİDEO

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

“Unikal” xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]