Bu şəxslər cərimələnəcək

Milli arxiv fondu sənədlərindən istifadə qaydasını pozanlar cərimələnəcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Dəyişikliklə Məcəllənin 391-ci maddəsinin adı (Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması) dəyişdirilərək yeni (Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması) redaksiyada verilib.

Dəyişikliklərlə Milli arxiv fondu sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

1. arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının pozulmasına;

2. Milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərinin pozulmasına;

3. arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin pozulmasına;

4. Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə –xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]