“Kim istəyər ki, arvad-uşağının yanında şortiklə gəzsinlər?!” – İsmayıllıda gərginlik (VİDEO)

Ötən gün İsmayıllı rayonunun Qalacıq kəndində yerli turistlərə təzyiq göstərilib. Belə ki, kənd sakinləri onları “şortik” geyindiklərinə görə ərazidən uzaqlaşamağa məcbur ediblər.

Məsələ ilə bağlı Qalacıq kəndinin icra nümayəndəsi Təbriz Eminov “Unikal”a açıqlama verib:

“Yayılan görüntülərdə kənd sakinlərinin heç bir təqsiri yoxdur. Ora iki yaşayış məntəqəsi arasında olan yoldur. Kənd sakinləri turistlərə bildiriblər ki, həmin ərazidən qadınlar və uşaqlar keçir, gedin biraz aşağıda çimin. Kim istəyər ki, kişilər qısa şortiklə arvad-uşağının yanında gəzsin?!”, – deyə o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]