“Ukrayna bu tarixdə Krım körpüsünə hücum edə bilər” – İsrailli mayor

Ukrayna silahlı qüvvələri avqustun 24-də müstəqilliyin 31-ci ildönümü günü Krım körpüsünə hücum edə bilər.

“Bunu Müdafiə Qüvvələrinin Ehtiyatının mayoru Viktor Vertsner yerli KİV-lrdən birinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, təkcə ruslar deyil, ukraynalılar da “simvolik tarixləri” sevirlər.

“Və buna görə də mən bu tarixlərdə, ilk növbədə, Ukrayna ərazisinə raket atəşinin artacağını gözləyirəm. Ona görə də hər kəsə bu dəfə bayramları evdə qeyd etməyi tövsiyə edirəm. Həmçinin Ukrayna bu günlərdə vəziyyəti gərginləşdirməlidir”, – deyə o, ifadə edib. 

Qeyd edək ki, ukraynalılara  23-24 avqust tarixlərində Rusiya Federasiyasından yüksək raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Bu günlərdə Ukraynada Bayraq Günü və Müstəqillik Günü qeyd olunacaq.

Bununla yanaşı,  bəzi xarici  KİV-lər Rusiyanın  Müstəqillik Günü üçün  və Zelenskiyə qarşı təxribatlar hazırladığını iddia edir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]