Firəngiz Rəhimbəyova ölümündən 22 gün sonra burada dəfn ediləcək – Fotolar

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.

Aktualtv.az xəbər verir ki “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn ediləcək.

Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.

Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Celeste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər dəfn edilib.

F. Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü – 2” filmində yenidən Sevda roluna çəkilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]