Aygün Əliyeva: QHT-lərin Laçına səfəri təşkil olunacaq

Yaxın gələcəkdə azad edilmiş bütün ərazilərə, o cümlədən Laçın rayonuna qeyri-hökumət təşkilatlarının səfərləri təşkil olunacaq.

Aktualtv.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, belə ərazilərdə yeni QHT-lərin yaradılması, vətəndaşların ictimai fəallığının göstərməsi, insanların ictimai iştirakü s olarsa baxılacaq.

“Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi. Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər. Biz mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbələrdən sonra yaşayıb. Artıq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Biz də vətəndaş cəmiyyəti təsisatı olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik”, – A.Əliyeva bildirib

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]