“Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

Türkiyənin Baykar şirkəti Rusiyaya Bayraktar TB2 pilotsuz təyyarələrini satmayacaq.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar “BBC”yə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, pul şirkət üçün vacib deyil, çünki o, hazırda haqsız və əsassız hücuma məruz qalan Ukraynanı dəstəkləyir.

“Pul bizim üçün prioritet deyil. Bizim işimizdə pul və maddi resurslar heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz, əməkdaşlığımız uzun illərdir ki, davam edir.  Hazırda bizim bütün dəstəyimiz Ukraynanın tərəfindədir, çünki bizim çox güclü əlaqəmiz var. Ukrayna ilə əməkdaşlığımıza heç nə kölgə salmayacaq, nə qədər məbləğ təklif olunacağından asılı olmayaraq, bu məsələdə mövqeyimiz bəllidir”, – deyə Haluk Bayraktar əmin edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]