General “Qurd qapısı” qəbiristanlığında dəfn edildi – YENİLƏNİB

Ötən gün vəfat edən Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov dəfn olunub.

Mərhum “Qurd qapısı” qəbiristanlğında torpağa tapşırılıb.

Dəfn mərasimində yaxınları, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və FHN əməkdaşları iştirak edib.

xxx

00:40

Xəbər verdiyimiz kimi, Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, general-leytenant N. Məmmədov bir müddət bundan öncə koronavirusa yoluxubmuş. Aparılan müalicə tədbirlərinə baxmayaraq virus generalın tənəffüs orqanlarında fəsad yaradıb, nəfəs almağında çətinliklər yaranıb.
Son günlərdə isə generalın vəziyyəti ağırlaşıb və o paytaxtda yerləşən klinikalardan birinə yerləşdirilib. İyirmi gün komada qalan N. Məmmədovu xilas etmək mümkün olmayıb və o vəfat edib.
Mərhum general bu gün “Qurd qapısı” qəbiristanlğında dəfn ediləcək.
Yas mərasimi isə avqustun 29-da Heydər məscidində keçiriləcək.
Seymur Əli

xxx

23:01

Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.

Nazir müavini bu gün dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]