İki yaşlı uşağın faciəvi ölümünün təfərrüatı…

Ötən gün Şirvanda iki yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

Avqustun 27-də 2020-ci il təvəllüdlü Ömər Sakit oğlu Səmədov yaşadığı binanın dəhlizinin pilləkənindən 1-ci mərtəbəyə yıxılıb. O, xəstəxanada vəfat edib.

Bildirilir ki, hadisə şəhərdə məcburi köçkünlər üçün salınmış yaşayış massivində baş verib. Çoxmərtəbəli binanın 8-ci  mərtəbəsindən yıxılan 2020-ci il təvəllüdlü Ömər Sakit oğlu Səmədov diqqətsizliyin qurbanı olub. Belə ki, ilkin araşdırmalar zamanı azyaşlının evin qapısından binanın dəhlizinə çıxması və pilləkənin kənarındakı məhəccərin dəmir barmaqlıqlarının arasından 1-ci mərtəbəyə yıxılması məlum olub. İki yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb və bir neçə saat ərzində ona tibbi yardımlar göstərilsə də, vəfat edib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]