Polisə rüşvət verən prodüser həbs EDİLDİ

“Çikatilo” serialının prodüseri Dmitri Bolşakov polisə rüşvət verdiyinə görə həbs edilib.

Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Bolşakov 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun epizodun çəkilişi üçün polisə 400 min pul ödədiyi müəyyən edilib. Ödənilən məbləğin müqabilində polis Moskvanın mərkəzindəki küçəni bağlamalı idi.

Sarik Andreasyanın serialı çəkdiyi yerin FSO-nun nəzarətində olduğu məlum olub. Şöbənin əməkdaşları öz ərazilərində çəkiliş qrupunu görəndə çəkiliş aparmaq üçün icazə tələb ediblər.

Yoxlamadan sonra Dmitri və polislər həbs edilib. Məhkəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daha ağır cəza – 7,5 və 8,5 il həbs cəzası verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]