Xaçatryan: “Qarabağ onlar üçün artıq Ermənistan deyil”

“Hökumət partizan kimi susur”.

Aktualtv.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan öz Facebook səhifəsində yazıb.

“Hakimiyyət susur, partizan kimi… Mən bu il avqustun 8-də hökumətə yazılı sorğu göndərərək Laçın dəhlizi ilə bağlı rəsmi məlumat və mövqe istədim.

Hökumət “Deputatlıq fəaliyyətinin təminatları haqqında” Ermənistan qanununu kobud şəkildə pozaraq, mənim yazılı müraciətimə cavab vermədi.

Ona görə də güman edirəm ki, Paşinyan noyabrda imza atdığını necə həyata keçirəcəyini anlamadan nəyəsə imza atıb.

Yaxşı, cəhənnəm olsun, deyək ki, başa düşmədi, amma ona xəbər verilməyibmi ki, Azərbaycan bir ilə yaxındır ki, yol çəkir?

Bundan sonra nə olacağını düşünmürdü? İl ərzində mövcud hakimiyyətin bu cinayət hərəkətsizliyi onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Qarabağ və Ermənistan arasında əlaqədə maraqlı deyil, Ermənistan hakimiyyəti Qarabağın təhlükəsizliyini təmin etmək öhdəliyindən imtina edib.

Qarabağ onlar üçün artıq Ermənistan deyil”, – deyə Xaçatryan bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]