“Hindistan Pakistana kömək edəcək”

Pakistana humanitar yardım göndərilməsi üçün Hindistanda yüksək səviyyəli danışıqlar davam edir.

Aktualtv.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi jurnalistlərə açıqlamasında deyib

O, “Pakistanda daşqınların yaratdığı dağıntıları gördüyünə görə təəssüfləndiyini” bildirib.

“Biz həlak olanların ailələrinə, yaralananlara və bu təbii fəlakətdən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk və tezliklə normal vəziyyətə qayıtmağa ümid edirik”, – deyə o ifadə edib.

“Indian Express”in sitat gətirdiyi mənbələrə görə, Modi hökuməti hazırda Pakistana humanitar yardımın göndərilib-götürülməyəcəyini düşünür. Qəzet yekun qərarın verilmədiyini, “yuxarı məmurların” mümkün addımı müzakirə etdiyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]