FHN-NİN İNTİM VİDEOSU YAYILAN QADIN İŞÇİLƏRI ÖLKƏDƏN QAÇDI – TƏFSİLAT

Ölkə gündəminə bomba kimi düşən və skandal yaradan Fövqaladə Hallar Nazirliyinin intim görüntüləri yayılan qadın əməkdaşları Türkiyəyə qaçıb.

TİA.Az-a bu haqda verilən məlumatda qeyd olunur ki, onlar baş verən hadisələrdən dərhal sonra ölkəni tərk ediblər. İddialara görə, Türkiyəyə gedən qadınlar sığınacaq tapıblar və təhlükəsizliklərini qorumaq üçün canlarını qurtarıblar.

Qeyd edək ki, Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyevin kabinetində cinsi əlaqədə olduğu FHN əməkdaşları ilə videoları yayılmışdı və böyük əks-səda doğurmuşdu. Z.Mirzəyev üç maddə üzrə cinayət işi açılıb və həbs edilib.

Bir müddət əvvəl xəbər yayılmışdı ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kadrlar şöbəsinin Aytəkin adlı inspektoru yuyucu vasitə olan “Domestos” içərək özünə qəsd etmək istəyib. Qadın sağ qalsa da, səs telləri və mədəsi yanıb. Hazırda müalicə olunur.

Məlumatda həmçinin o da vurğulanır ki, intim videolardakı digər uniformalı qadın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məxfi şöbəsinin rəisi, mayor Aytən Nəsirovanın həyat yoldaşı və qardaşı da həmin idarədə işləyirmiş.

Onların ikisi də biabırçı hadisədən sonra ərizə yazıb işdən çıxıb. A.Nəsirovanın uzun ildən sonra dünyaya gətidiyi yeganə azyaşlı qızının yoldaşı tərəfindən ondan alındığı deyilir.

TİA.Az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]