100 -ə YAXIN GÖMRÜK ƏMƏKDAŞI İŞDƏN ÇIXARILIB – Narkotik istifadəçisi olduqları aşkarlanıb?

Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarıb.

Aktualtv.az  “Unikal”a istinadla xəbər verir ki, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Belə ki, Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bundan sonra Şahin Bağırov onları işdən azad edib.Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən “gununsesi.info”-ya verilən açqlamada 100-ə yaxın əməkdaş təqaüdə buraxıldığı bildirilib.

Bildirilib ki, təqaüd yaşına çatmış əməkdaşlar rəhbərliyə müraciət edərək fəaliyyətlərinə xitam verilməsini istəyiblər.

Qeyd edək ki, həmin şəxslərin əksəriyyəti təqaüd yaşına çoxdan çatsa da, komitə sədrinin əmri ilə hər il xidmətdə qalıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]