Bakı Tikiş Evinin önündə İZDİHAM – FOTO

Artıq məktəblərin açılmasına sayılı günlər qalıb. Bir müddətdir ki, sosial şəbəkələrdə valideynlər övladlarına məktəbli forması tapa bilmədiklərindən şikayətlənirlər.

Aktualtv.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu gün Bakı Tikiş Evinin qarşısında insan izdihamı yaşanıb.

Görüntülərdən də aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir.

“Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində müəyyən sosial bərabərsizliklərin aradan qaldırılmasına, davranış dəyişikliklərinə də öz təsirini göstərəcək”, – deyə nazir bildirmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]