Qəbələ, Oğuz və Zaqatalada yanğınlar davam edir – RƏSMİ

Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Aktualtv.Az-ın sorğusuna Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.

Həmçinin FHN-in aviasiya dəstəsinin helikopterləri də ərazidə fəaliyyət göstərir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]