Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi”ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

F qrupunda turnirin son qalibi İspaniya “Real Madrid”i Şotlandiyada “Seltik”lə qarşılaşacaq. G qrupunda İngiltərənin “Mançester Siti” komandası İspaniyada “Sevilya”nın qonağı olacaq.

Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutacaq. H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə)

23:00. “Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya)

F qrupu

23:00. “Leyptsiq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

23:00. “Seltik” (Şotlandiya) – “Real Madrid” (İspaniya)

G qrupu

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka)

23:00. “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

H qrupu

23:00. PSJ (Fransa) – “Yuventus” (İtaliya)

23:00. “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]