Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb – Zelenski açıqladı

“Ukrayna dəstələri təkcə Xerson bölgəsindəki hücuma diqqət yetirmirlər. Müdafiəçilərin əks-hücum hərəkətləri üçün bir çox yolu var”.

Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC NEWS telekanalına müsahibəsində deyib.

Jurnalist Zelenskidən Ukrayna hərbçilərinin niyə Xerson vilayətində əks-hücum əməliyyatına başlamaq qərarına gəldiyini soruşub.

“Mən demirəm ki, əks-hücum yalnız Xersona qarşıdır. İstiqamət və ya istiqamətlər var və biz irəliləməliyik” – Zelenski deyib.

Eyni zamanda, Zelenski qeyd edib ki, hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz:

“Mən istəyirəm ki, düşmən bizdən sürprizlər alsın”.

Zelenski qeyd edib ki, çox çətin müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]