Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

“Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir imtahanda bəzi müəllimlərin sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır: 

“Yəqin ki, müxtəlif səbəblər var. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyəcanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]