Oksana ilə Şəhriyar ayrıldılar

Aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrılıb.

Aktualtv.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində yazıb:

“Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik və 5 il bundan öncə qərarlaşdıq ki ailə həyatı quraq və kəbin kəsdirdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik və bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Amma təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailə münasibətindən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa cəhd etdik, alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq və biz dost kimi münasibətimizi qoruyub saxlayaq, belə hər ikimiz üçün daha yaxşı oldu.

Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq”. 

Qeyd edək ki, Oksana ilə Şəhriyarın evli olduğu ötən ilin noyabrında müğənni Roza Zərgərlinin “Tam vaxtıdır” verilişində üzə çıxmışdı. Onlar 4 ildir evli olduqlarını bildirmişdilər. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]