Almaniyalı səyyah: “Azad olunmuş ərazilərdə bərpa işlərinin sürətlə davam etdirilməsi sevindiricidir”

“Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”.

Bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan almaniyalı səyyah Yorqan Keller deyib.

O, yolboyu tamamilə məhv olmuş, yerlə-yeksan edilmiş binaları gördüyünü vurğulayıb. Gördüyü mənzərələrdən kədərləndiyini bildirən səyyah qeyd edib ki, sevindirici hal azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsidir.

“Mən əsasən konfliktlərin çox olduğu, əlçatmaz bölgələrə səyahət edirəm. Məsələn, İraq, Şimali Koreya və s. yerlərdə olmuşam. Doğrudur, Almaniya da bir zamanlar müharibənin qaynar nöqtəsi olan tarixi ölkədir, lakin bu, çoxdan baş verib və indi hər şey bərpa olunub”, – səyyah əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]