“Bu məsələləri Putinlə müzakirə edəcəyik” – Ərdoğan

“Taxıl daşımalarında bu günə kimi Rusiyadan göndəriş yoxdur. Putinin haqlı olduğu bir şey var. Bu taxıl daşımasında gələn taxıl zəngin ölkələrə gedir. Kasıb ölkələrə isə yox”. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dəhlizin məqsədi yoxsul ölkələrə yüklərin daşınmasıdır. 

Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrə taxıl daşınmasının Putini narahat etdiyini bildirən Ərdoğan, “Biz də Rusiyadan taxıl daşımalarının başlamasını istəyirik. Bu məsələləri Səmərqənddə cənab Putinlə müzakirə edəcəyik” ,- deyə vurğulayıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]