Rusiyalı oliqarxdan Ukraynaya 1 milyardlıq YARDIM

Rusiyalı iş adamı Mikhailo Fridman şəxsi sərvətindən 1 milyard dolları həmtəsisçisi olduğu Ukraynanın “Alfa Bank” bankına köçürüb. Məlumata görə, təklif Britaniyanı ona qarşı sanksiyaları ləğv etməyə inandırmaq məqsədi daşıyır.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki,sanksiya altında olan iş adamları, banklar və şirkətlər Rusiyanın işğalından sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Qərb ölkələrinin hakimiyyət orqanlarına gizli şəkildə pul verirlər. 

Ukraynanın “Alfa-bank”ı Kiyev rəsmilərinə Fridmana şəxsi sərvətindən 1 milyard dollar köçürməyə icazə verib. Bankın müşahidə şurasının rəhbəri Roman Şpek bildirib ki, bu pul Ukraynada infrastruktur, səhiyyə, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]