“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunda qalib gəlməyə çalışacağıq”

“Avropa Liqasında və çempionatda qalib gəlməyi bacarmalıyıq. Ardıcıl iki qələbə qazanmağa çalışacağıq. Futbolçulardan gözlədiyim də budur”.

Aktualtv.az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in VII turunda “Loryan”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

59 yaşlı mütəxəssis məğlubiyyətə görə çox məyus olduğunu bildirib. Sarsıdıcı məğlubiyyət aldıqlarını söyləyən fransalı baş məşqçi ardıcıl iki qələbə qazanma ehtimalında söz açıb:

“Bunu cümə axşamı və xüsusilə bazar günü görəcəyik. İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı “Qarabağ”a, bazar günü isə yaxşı formada olan “Lans”a qarşı nə edəcəyimizi görəcəyik”.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]