Şəhid ailələri, müharibə veteranları, qazilər ilə işləyən QHT-lərlə dəyirmi masa keçirilib

12 sentyabr tarixində Agentliyin ofisində şəhid ailələri, müharibə veteranları, qazilərlə ilə  işləyən QHT-lərlə dəyirmi masa keçirilib. 

Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi Nurəddin Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı, Agentliyin əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilərlə işləyən qeyri-hökumət təşkilatları iştirak ediblər.

Əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi Nurəddin Mehdiyev bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Bugünki görüşümüzün əsas məqsədi odur ki, bu sahədə çalışan qeyri-hökumət təşkilatları daha aktiv olmalı və dövlətin yürütdüyü bu siyasətdə onlar da fəal iştirak etməlidirlər

Sonra çıxış edənlər bir qrup qeyri-hökumət təşkilatlarının nümayəndələri – Cəlil Xəlilov, Müşfiq Əliyev, Radə Abbas, Maral Zamanova, Sultan Əzimzadə, Mehdi Mehdiyev, Mətanət Əsgərqızı, Sevinc Abdullayeva, Ramil Əliyev, Nəzakət Həsənova, Tünzalə Abduləlimova, Ceyran Həsənova, Esmira Orucova , Naibə Behbudova, Rey Qasımov, Füzuli Rzaquliyev, Səməd Vəkilov bidiriblər ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. 

Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və təşkilatlar bu sahədə görüləcək fəaliyyətləri ilə bağlı təkliflərlə çıxış ediblər.  

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]