Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı – Açıqlama

“Rusiya Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan ilə sıx təmasdadır”.

Aktualtv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Rusiya XİN sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskin gərginləşməsindən hədsiz narahatlığını ifadə edib.

“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əməl etməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, – məlumatda deyilib.

Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara müvafiq olaraq KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçün müraciət aldığını açıqlayıb.

“Moskva vaxtı ilə saat 09:00-dan etibarən atəşkəslə bağlı əldə edilən razılaşmaya tam riayət ediləcəyinə ümid edirik”, – açıqlamada vurğulanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]