“Qarabağ” Avropa Liqasında ilk ev oyununa çıxır

Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” ilk ev matçına çıxacaq.

Köhlən atlar bu dəfə Fransa “Nant”ı ilə qarşılaşacaq. Ötən həftə Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan ağdamlılar ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.

Cari mövsümdə evdə uduzmayan “Qarabağ” uğurlu seriyanı davam etdirmək və favorit sayıldığı qarşılaşmadan itkisiz ayrılmağa çalışacaq. İlk turda “Olimpiakos”u məğlub edən qonaqlar isə səfər sindromunu qırmaq arzusundadır.

Qeyd edək ki, qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Almaniya təmsilçisi “Frayburq”u qəbul edəcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]