“Ölən erməni hərbçilərin sayı arta bilər” – Köçəryan

Sərhəddə ölən erməni hərbçilərin sayı dəyişə (arta) bilər, çünki itkin düşənlər barədə məlumatlar var. 

Aktualtv.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan deyib. 

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, təsdiqlənmiş məlumatlara görə, sərhəddə vəziyyətin gərginləşməsi zamanı Ermənistan tərəfindən 135 nəfər ölüb.

“Çoxlu sayda yaralı var. Bizdən itkin düşənlər də var. Yalnız onların taleyi məlum olandan sonra bəlli olacaq ki, bizdə nə qədər ölü və əsir var”, – Köçəryan əlavə edib.

Onun sözlərinə görə, itkin düşənlərin ümumi sayı açıqlanmır: “Çünki cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]