Şəhidin qardaşını videoya çəkən araşdırılır, bəs yayan kimdir?

Xəbər verdiyimiz kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun yayılan videosu ilə bağlı dövlət qurumları hərəkətə keçib. Artıq Baş Prokurorluğun hadisə ilə bağlı açıqlamasında videonun araşdırılacağı və təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb ediləcəyi bildirilib.

Videonun Müdafiə Nazirliyində lentə alındığı deyilsə də, nazirlik məsələ ilə bağlı açıqlamasında sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin onlarla heç bir əlaqəsi olmadığını qeyd edib. 

Görüntülərin sosial şəbəkələrdə necə yayılması ilə bağlı müzakirələr səngimir. Videonu feysbukda ictimailəşdirən tanınmış bloqer Həbib Müntəzir məsələyə aydınlıq gətirib. O bildirib ki, görüntünü  “Kyrill_Tnews” teleqram kanalından götürüb. Lakin daha sonra kanal bağlanıb. 

“Video Telegram kanallarında yayılmışdı və mən də ordan götürmüşəm, qınamışam. Telegramdakı kanalın adı “Kyrill_Tnews”. Söz-söhbət yayılan kimi, kanalı “private” etdilər”, – deyə Həbib Müntəzir qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]