Ukraynada deputat və arvadı GÜLLƏLƏNDİ  

Zaporojyeda işğal olunmuş Berdyansk “administrasiyasının rəhbəri”, deputat Oleq Boyk və həyat yoldaşı  Lyudmila Boyk güllələnib. 

Aktualtv.az xarici KİV-ə istinadən xəbər verir ki, onların cəsədləri evlərinin qarajında tapılıb. 

Cütlüyün kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Hadisə yerinə polis sövq edilib. Boykların ölümü  ilə bağlı cinayət işi açılıb. Araşdırma  aparılır. 

Qeyd edək ki, Oleq ruslar tərəfindən işğal edilmiş Berdyanskda hərbi-mülki administrasiyasının mənzil-kommunal təsərrüfat üzrə müavin təyin edilibmiş. Onun həyat yoldaşı isə referendum üzrə şəhərin ərazi seçki komissiyasına rəhbərlik edirmiş. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]