Prezidentlərin səmimi fotosu erməniləri qıcılandırdı: “Putinə nifrət edirik”

Xəbər verdiyimiz kimi, Səmərqənd şəhərindəki Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində liderlər arasında qeyri-rəsmi görüş gündəm olub. Sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Emoməli Rəhmon, Vladimir Putin və Aleksandr Lukaşenko səmimi söhbət ediblər.

Görüşə Ermənistanın baş naziri Nikol Paşinyanın getməyi planlaşdırılsa da, sərhəddəki son hadisələrdən sonra Paşinyan Səmərqəndə getməkdən imtina edib.

Prezidentlərin qeyri-rəsmi görüşünü əks etdirən foto isə ermənilərdə əməlli-başlı qıcıq oyadıb.

“Hraprak” nəşri yazır ki, fotoda Putinin səmimi davranışları Ermənistana xəyanətdir. Nəşr erməni xalqının Putinə nifrət etdiyini qeyd edib:

“Putin düşmənlərimizlə masa arxasında oturub, danışır, düşmənimizin dostu isə bizim düşmənimizdir və biz artıq Rusiya Federasiyasının prezidentinə nifrət edirik”.Metbuat.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]