Rəsmi İrəvandan Zaxarova və Kremlə qarşı sərt sözlər

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya XİN rəsmisi Mariya Zaxarovanın səsləndirdiyi fikrə və ümumiyyətlə Kremlə sərt reaksiya göstərib.

O, Mariya Zaxarovanın “hətta bu situasiyada da (sərhəd toqquşması nəzərdə tutulur – red.) sülh danışıqları davam etdirilməlidir” sözlərinə cavab verib.

“Bəs niyə belə bir situasiya yaranıb? Necə yəni “hətta belə situasiyada da”? Kim təminat verir ki, “belə bir situasiya” yaranmayacaq? Qoy, Rusiya bunu bizə desin. Niyə indi açıq şəkildə bizə demir ki, indi heç nə edə bilməz? Amma imitasiya edir, yaxud situasiyanı belə vəziyyətdə buraxır… Rusiyanın böyük ərazisi var. Bağışlayın, ancaq bizim belə resursumuz yoxdur. Biz 3 milyonluq kiçik ölkəyik, bizim üçün hər metr böyük dəyər kəsb edir”.

Buna baxmayaraq, o, sülh danışıqlarının davam etdiyini qeyd edərək, sülh müqaviləsinin tezliklə reallığa çevriləcəyinə ümid etdiyini bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]