“Biz bu rejimdən bezmişik” – İranlı qadınlar hicablarını yandırdı

İranda qadınlar hicabını “səhv” geyindiyinə görə polis tərəfindən döyülən qızın ölümündən sonra etiraz olaraq saçlarını kütləvi şəkildə kəsməyə və hicab yandırmağa başlayıblar.

Bu barədə iranlı jurnalist və fəal Məsih Əlinejad məlumat yayıb.

İranlı qadınlar qəzəblərini saçlarını kəsdirməklə və hicablarını yandıraraq, bununla da onlar Məhsa Əmininin polis tərəfindən öldürülməsinə etiraz ediblər: “Yeddi yaşımızdan hicab geyinmişik. Saçlarımızı örtməsək nə məktəbə gedə, nə də işə düzələ bilərik. Biz bu gender aparteid rejimindən bezmişik”.

Bundan əlavə, jurnalist qeyd edib ki, hakimiyyət Əmininin ölümündən sonra küçələrə çıxan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və atəş açıb. Onun sözlərinə görə, bir neçə etirazçı yaralanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]