Nazir nöqsanlara görə işdən çıxardığı polkovnikin yerinə onu TƏYİN ETDİ

Bakının Nizami Rayon Polis İdarəsində yeni təyinat olub.

Aktualtv.az xəbər verir ki “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Çevik Polis Alayında xidmət edib.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən Nizami RPİ-də xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və həmin vaxt idarənin xidmət üzrə rəis müavini olan polis polkovniki Müşviq Aslanov işdən çıxarılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]