FTX qaz kəmərini partlatmaq istəyən şəxsi SAXLADI

Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (CSP) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti tərəfindən Türkiyə və Avropanı enerji ilə təmin edən qaz kəmərində terror aktının qarşısının alındığını elan edib.

Bu barədə TASS məlumat yayıb. 

“Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksinin obyektində təxribat və terror aktı törətmək cəhdinin qarşısını alıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, planlaşdırılmış terror aktını törədən şəxs anbardan iki yüksək güclü əldəqayırma partlayıcı qurğunun götürülməsi zamanı saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rusiya vətəndaşıdır, SBU tərəfindən Ukraynada işə götürülüb.

Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanlarının şərikləri olan Rusiya Federasiyasının dörd vətəndaşı da saxlanılıb. 

Şəxslər barəsində cinayət işi açılıb. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]