Dövlət Məşğulluq Agentliyi ilə görüş keçirilib

QHT Agentliyinin ofisində Dövlət Məşğulluq Agentliyi ilə görüş keçirilib.

Keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Rüfət Cavadov , QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktor müavini Emil Çaparlı, hər iki Agentliyin aidiyyəti struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva əvvəlcə qonaqları salamlayıb, Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılmasında əsas məqsəd qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. O cümlədən, Agentliyin əsas vəzifələrindən biri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin hazırlanmasına və həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarını cəlb etmək, bu sahədə onlar üçün bərabər şərait və imkan yaratmaq, həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsaitə dair tələbatı müəyyən etməkdir. Bütün bunları nəzərə alaraq Agentlik dövlət orqanları ilə əməkdaşlığa böyük önəm verir.

Sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli səmimi qəbula görə Agentliyə təşəkkür edib və keçirilən bu görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb. Məşğulluq Agentliyinin fəaliyyəti, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmini istiqamətində görülən işlər və gələcək hədəfləri barədə məlumat verib. Sədr Agentlik olaraq qeyri-hökumət təşkilatları ilə bağlı həyata keçirilən bütün işlərə dəstək verməyə hazır oduqlarını qeyd edib. M.Abbasbəyli qeyd edib ki, vətəndaşlara göstərilən xidmətlərin çevikliyinin artırılması, şəffaflığı və operativliyi təmin etmək üçün məşğulluq xidmətlərinin elektronlaşdırılması əsas istiqamət olaraq müəyyən edilib və bu işlərin başlanğıcı olaraq “əmək və məşğulluq” altsistemi istifadəyə verilib. Agentlik rəsmisi bildirib ki, Digər elektron sistemlərin hazırlanması prosesi də davam edir.

Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə yer alan “Qeyri-formal məşğulluğun qarşısınınn alınması istiqamətində, “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğat üzrə, “Həssas təbəqədən olan qadın və qızların özünəməşğulluq proqramına cəlb olunmasına yardım göstərilməsi təşəbbüsləri” və.s mövzular əsasında qarşılıqlı müzakirələr aparılıb.

Sonda görüşün yekunu olaraq hər iki qurum qeyd olunan mövzular üzrə gələcəkdə birgə işlərin görülməsi, tədbirlər planının hazırlanması istiqamətində müzakirələr aparıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]