Milyarder Vardanyan Qarabağ separatçılarının başına gətirilir – KİV

Rusiyadan Qarabağa köçən erməni iş adamı Ruben Vardanyan son günlər siyasi dairələrlə fəal görüşlər keçirir.

Aktualtv.az modern.az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda R.Vardanyanın bu görüşlər vasitəsilə özünü qondarma “dqr”in “dövlət naziri” və ya “baş naziri” təyin etdirmək üçün zəmin hazırladığı, Qarabağ separatçıları üçün məqbul fiqur olduğunu göstərdiyi bildirilir.

Ruben Vardanyan dünən qondarma “dqr”in “təhlükəsizlik naziri” Vitali Balasanyanla, daha əvvəl isə Qarabağ separatçılarının eks-başçıları Bako Saakyan və Arkadi Qukasyanla görüşüb.

Ermənistan mətbuatında yayılan məlumatlarda Ruben Vardanyanın yaxın vaxtlarda başqa görüşlər də keçirəcəyi qeyd edilir.

Məlumatlara görə, çox güman ki, Vardanyan gələn həftə təyinat alacaq. Onun əvvəlcə Qarabağ separatçılarının “prezidenti”nin “baş müşaviri”, sonra isə “dövlət naziri” təyin olunacağını istisna etmirlər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]