Videonu gəlin çəkib baldıza göndəribmiş…

Xəbər verdiyimiz kimi, Bakıda yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı görüntülər yayılıb. 

Aktualtv.az xəbər verir ki “Qafqazinfo”nun məlumatına görə, görüntülərdə yaşlı qadının dayanmadan üstünə qışqırırlar, yer silməyə məcbur edirlər.

Məlum olub ki, sosial şəbəkələrdə yayılan bu videogörüntüdəki qadın 85 yaşlı Şərabanu Fətəliyevadır.

Hadisə Xəzər rayonu, “Albalılıq” yaşayış massivi, Nəriman Əliyev küçəsindəki evlərdən birində baş verib.

Videogörüntüdəki yaşlı qadının oğlu Əkrəm Abbasov Xezerxeber-ə açıqlamasında bildirib ki, 3 il öncə anasının belində problem əmələ gəlib və bundan sonra gəzməyində çətinlik yaranıb. Anasına illərdir özü və həyat yoldaşı baxıb. Bu görüntülərin ortaya çıxmasına isə həyat yoldaşı ilə bacısı arasındakı problem səbəb olub.

Əkrəm Abbasovun sözlərinə görə, görüntünü həyat yoldaşı Kəmalə Abbasova 7 ay öncə lentə alıb və bacısına göndərib. Məqsədi baldızına anasının evin işlərində problem yaratdığını göstərmək olub. Bununla belə, Əkrəm Abbasov anasına zorakılıq göstərilməsi iddialarını təkzib edib.

Qeyd edək ki, Əkrəm Abbasov yaşlı anasını sentyabrın 4-də Naxcıvan Muxtar Respublikasının Sədərək rayonuna bacısının yanına aparıb və hazırda da qadın qızının yanındadır.

Məsələ ilə bağlı 85 yaşlı Şərabanu Abbasovanın ailə üzvləri ərazi üzrə polis bölməsinə dəvət olunublar və məsələnin təfərrüatları araşdırılır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]