Şəhid anası bu səbəbdən vəfat edib – YENİLƏNİB

Şəhid Anar Kazımovun anası Səyyarə Alıyevanın ölüm səbəbi açıqlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib.

Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.

***23:21

Şəhid anası dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, bu ilin avqustun 4-də  Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova Şəmkirin  Qaracəmirli kəndində dünyasını dəyişib.

Şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir. Aparılan müalicə tədbirlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]