“Dövlətin borcudur ki, səfirlikləri qorusun” – Komitə sədri

“Azərbaycan diasporaları xaricdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri ilə daim kordinasiyalı fəaliyyət göstərir”.

Bunu jurnalistlər açıqlamasında Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, səfirliklərə diaspora tərəfindən dəstək göstərilir. 

“Bu gün dünya artıq başqa cür strateji işlər həyata keçirir, bu o anlama gəlmir ki, harda erməni çoxdursa orda  ermənilər hücum etməlidir, harda azərbaycanlı çoxdursa, azərbaycanlılar. Hər bir dövlətin borcudur ki, səfirlikləri qorusun. Bu günlərdə bizim İngiltərədə fəaliyyət göstərən diasporamız həm erməni səfirliyinin, həm də Azərbaycan səfirliyinin qarşısında dinc aksiya keçirdi”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]