MEDİA-da Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR

Saat 13:00-da Medianın İnkişafı Agentliyinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı ilə Prezident, Müzəffər Ali Baş Komandan birliyinin bariz nümunəsi idi. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı.

Əhməd İsmayılov əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını, onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.

Tədbirdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.

Digər çıxış edənlər tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]