İnsanlığın utanc yeri: Ballıqaya qətliamından 30 il ötür-QHT sədri

Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırımı siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başladı. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi yazılan 26 fevral Xocalı soyqırımı törədildi.

Müharibənin öz qanunları var, amma bunun adı müharibə deyildi, bu açıqca insanlığa qarşı amansızlıq idi, kin idi, nifrət idi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 28 avqust Ballıqaya faciəsi.

İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirildi. Həmin qanlı gecədə 90 yaşlı qadın da, 6 aylıq körpədə amansızcasına öldürüldü. Onların tək bir günahı vardı, azərbaycanlı olmaq…

Azərbaycanlı olduqları üçün, müdafiəsiz insanların ölüm fərmanları verilmişdi.

Etibar Məmmədov
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]