“Ətin qiyməti yenə artacaq” – Bahalaşma ANONSU

Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq bahalaşma faizi 2.9 faiz olub. Bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9 faizlik bahalaşmadan sonra ən yüksək göstəricidir.

Bahalaşmanın səbəbləri barədə “Sherg.az”a danışan Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bunu bir neçə amillə izah edib:

“Ölkəmizdə son bir ildə heyvanların yem məhsulları və qalıqlarının qiyməti kifayət qədər yüksəlib. Bu da avtomatik olaraq ətin maya dəyərini artırıb. Digər tərəfdən idxaldakı problemlər də qiymət artımına öz təsirini göstərib. Biz həm toyuq, həm də mal ətininin beş min tonunu Ukraynadan gətirirdik. Ukraynada baş verən hadisələr də bu ixracın reallaşmasına bir sıra problemlər yaratdı. Başqa bir məqam isə çoxunun diqqət etmədiyi bir nüansıdır. Deməli, son dönəmlərdə bizdə heyvan yemlərinin qiymətləri bu qədər qalxsa da, heç bir tədbir görülmədi. Belə olduqda istehsalçıların, fermerlərin bu işdən pul qazanmağı çətinləşdi. Onlar da istər-istəməz fermalarda və ya ailə təsərrüfatlarında olan heyvanlarını satışa çıxardılar. Hətta dişi, damazlıq üçün saxlanılmalı olan heyvanları da kəsimə göndərdilər. Vəziyyəti pisləşdikcə itehsalçı buna məcbur qaldı. Dolayısıyla bu prosesdən sonra damazlıq heyvanların sayı azaldı. Bir müddətdən sonra isə bu ümumi ət kütləsinin azaltdı. Beləcə ətin qiymətində xeyli artım oldu. Köklü problem də budur.

Bugünkü vəziyyət reallığı əks etdirir. Hələ payıza doğru getdikcə , mövsümü meyvə-tərəvəzlər aradan qalxdıqca, yaramış tələbata görə ətin mövcud qiymətləri daha da artacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]