Bakıda yol polisini avtomobil vurub

Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, “Kukla” teatrının yaxınlığında qeydə alınıb.

Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır: “Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]